Riqada bədii gimnastika üzrə "Baltik halqası-2013" beynəlxalq turniri başa çatıb. Siasport idman portalın məlumatına görə, Azərbaycanın qadın idmançıları yeddi medal qazanıb. Bunlardan da dördü qızıldır. Marina Durunda (çoxnövçülük, lent), Lalə Yusifova (top) və qrup komanda (5 halqa ilə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Marina Durunda həmçinin bir gümüş (gürz) və iki bürünc (top və halqa) medalın sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB