Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol turunun növbəti oyunları keçirildi FOTOLAR
Bu gün "Coca Cola" şirkətinin sponsorluğu ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol turunun növbəti oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, ilk oyun YAP Xəzər rayon təşkilatı ilə YAP Nərimanov rayon təşkilatı arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən oyunda ilk setin qalibi YAP Xəzər rayon təşkilatı olub 25:21. İkinci setdə YAP Nərimanov rayon təşkilatı oyunda dönüş yarada bilib. İkinci set YAP Nərimanov rayon təşkilatının xeyirinə başa çatıb. Oyunun taleyi üçüncü - sonuncu setdə həllini tapıb. Bu setdə sevinən tərəf YAP Xəzər rayon təşkilatı olub 19:17. Ümumilikdə zəfər əldə edən komanda YAP Xəzər rayon təşkilatı olub 2:1.
Günün ikinci qarşılaşması "İki Sahil" qəzeti - YAP Qaradağ rayon təşkilatı oyunu olub. Maraqlı keçən qarşılaşmanın ilk setində media nümayəndələri böyük üstünlüyə malik olublar. Birinci setdə qalibiyyət "İki Sahil" qəzetinin adına yazılıb 25:11. İkinci setdə də oyunda üstün tərəf jurnalistlər olub 25:09 Qarşılaşmada "İki Sahil" qəzeti 2:0-lıq qələbə əldə edib.
Günün digər qarşılaşması "Cəmiyyət və Din" qəzeti – YAP Sabunçu rayon təşkilatı oyunu isə baş tutmayıb. Buna səbəb YAP Sabunçu rayon təşkilatının oyunda iştirak etməməsi olub. Belə olduqda isə adı çəkilən komandaya texniki məğlubiyyət verilib. Qələbə media nümayəndələrinin aktivinə yazılıb 2:0.
Son qarşılaşma isə SİA ilə "Azərtac" arasında baş tutub. Gərgin keçən oyun mübarizəsinin ilk setində qələbə əldə edən komanda SİA olub 25:18. İkinci setdə də SİA komandası üstünlüyü əldən verməyib. Oyunun taleyi bu setdə həll olunub 25:16. Bu oyunda qalib tərəf SİA olub 2:0.











Samir Soltanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB