Bu gün Rusyianın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının - AİPS-in 76-cı konqresi keçirilib. Siasport idman portalının məlumatına görə, konqresdə Azərbaycandan AİPS-in 4 üzvü iştirak edəcək. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətnin rəhbəri Qabil Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və vitse-prezidenti Nərgiz Mahmudzadədir.
Gələn il AİPS-in 77-ci konqresi Azərbaycan paytaxtında təşkil ediləcək. Bu münasibətlə təşkilatın bayrağının Azərbaycan nümayəndə heyətinə təqdim edilməsi gözlənilir. Tədbirin gedişində ölkəmizin gələnilki evsahibliyi ilə bağlı təqdimatı da olacaq. Keçmiş SSRİ məkanında yalnız bir dəfə - 1980-ci ildə, Olimpiada ərəfəsində Moskvada təşkil edilib.
Qeyd edək ki, Bakıda keçiriləcək 77-ci Konqres AİPS-in 90 illik yubileyinə təsadüf etdiyi üçün xüsusilə əlamətdar olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB