"Xəzər Lənkəran" ”Bakı” ilə kubok oyununun hazırlığına start verdi FOTOLAR
Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində Tovuzun "Turan" klubu ilə qarşılaşmadan sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran" bu gün bir araya gəlib. Siasport idman portalının məlumatına görə, ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə "Bakı" klubu ilə qarşılaşacaq "ağ-yaşıllar" səhər saatlarında Tofiq Bəhrəmov adına Respublika stadionunda "Bakı" ilə görüşün hazırlığına start verib. Saat yarım davam edən hazılıqda cənub təmsilçisinin futbolçuları taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Hazırda "Xəzər Lənkəran"da ispan müdafiəçi Alvaro Silva zədədən əziyyət çəkir. Adı çəkilən futbolçu şəxsən fiziki hazırlıq üzrə məşqçi Erik Roketanın nəzarətində fərdi çalışmalar üzrə bərpa məşqi keçib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB