Futbol üzrə Türkiyə Superliqasıbnda 29-cu turun əksər qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, lider "Qalatasaray" baş məşqçi Fatih Terimə verilmiş cəza üzündən çətin "Karabükspor" səfərində məşqçi Taffarelin rəhbərliyi altında meydana çıxıb. Meydan sahiblərinin əzmkar müqavimət göstərmələrinə baxmayaraq, İstanbul nəhəngi bu çətin qarşılaşmadan Uesli Sneyderin vurduğu qol sayəsində 1:0 hesablı qələbə ilə ayrılmağı bacarıb. "Qalatasaray"ın əzəli rəqibi olan "Fənərbaxça" isə öz meydanında eyni hesabla "Eskişehirspor"a qalib gəlib. Uzun zamandır ki, qələbə üzünə həsrət qalan "Trabzonspor" da "Orduspor"a 1:0 hesabı ilə qalib gəlib. Tura bu axşam oynanılacaq "Beşiktaş"-"Antalyaspor" oyunu ilə yekun vurulacaq.
Türkiyə Superliqasında 29-cu turun oyunları
"Sivasspor" - "Gənclərbirliyi" - 1:1
Qollar: Zeç, 16 (0:1), Kose, 77-avtoqol (1:1)
"Trabzonspor" - "Orduspor" - 1:0
Qol: Altıntop, 72 (1:0)
"Mersin İdmanyurdu" - "Bursaspor" - 0:1
Qol: Pinto, 64 (0:1)
"Karabükspor" - "Qalatasaray" - 0:1
Qol: Sneyder, 52 (0:1)
"Kasımpaşa" - "Akhisar Bələdiyyəspor" - 0:1
Qol: Gekas, 41 (0:1)
"Qaziantepspor" - "Kayserispor" - 0:1
Qol: Bobo, 64 (0:1)
"Fənərbaxça" - "Eskişehirspor" - 1:0
Qol: Baroni, 52 (1:0)
"Elazığspor" - "İstanbul BB" - 1:0
Qol: Volkan,81 (1:0)
15 aprel
"Beşiktaş" - "Antalyaspor"
Turnir cədvəli
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB