Qol duelində "Qəbələ" "Neftçi"dən üstün oldu

Qol duelində "Qəbələ" "Neftçi"dən üstün oldu

U-19 Liqasında VI turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, hesabat turunda "Qəbələ" "Neftçi ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən matçda tamaşaçılar 7 qol izləyib. Daha üstün oyun nümayiş etdirən "qırmızı-qaralar" paytaxt təmsilçisini 4:3 hesabı ilə məğlub edib. "Qəbələ"yə 3 xal qazandıran qollara Elnur Mustafazadə, Qismət Əliyev və Ehtiram Şahverdiyev imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə