Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Qadın idmanı və qadın idman jurnalistikası" mövzusunda seminar keçirilib. Siasport idman portalının məlumatına görə, seminarı ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ştatların ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru xanım Ceyn MakManus aparıb.
C.MakManus ABŞ-da qadın idmanının inkişaf tarixindən, hazırda bu ölkədə qadınların idmana cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, qadınlar arasında idmanın kütləviliyinin təmin olunması istiqamətində ABŞ-da bir neçə qanun qəbul edilib. İlk dəfə ABŞ-da kişi və qadın arasında yarış idmanın tennis növü üzrə keçirilib. Həmin görüşdə xanım Billi Jean King rəqibi Bobbi Riggsə qalib gəlib.
Qonaq C.MakManus ABŞ-ın tanınmış qadın idmançılarından olan sürətli maşın sürücüsü Danila Patrik, basketbolçu Britniy Griner və tennisçi Serrena Uilyams barədə seminar iştirakçılarına məlumat verib və onların qazandığı nailiyyətlərdən danışıb. O, vurğulayıb ki, hazırda dünyada qadınlar məşğul olduqları idman sahələrində əlavə böyük gəlir əldə edirlər. Dünyaca məşhur qadın idmançılar bir çox şirkətlərin, brendlərin və məhsulların siması seçilir və bundan böyük mənfəət qazanırlar.
Azərbaycanda qadın idmanın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən C.MakManus ötən il Azərbaycanda keçirilmiş futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının möhtəşəm təşkil olunduğunu diqqətə çatdırıb. Xanım MakManus bildirib ki, Azərbaycanda idman sahəsində qazanılan uğurlar çox sevindiricidir. Bakıdan əvvəl Gəncədə olmuşam. İdman, bədən tərbiyəsi ilə məşğul olan qadın mütəxəssislər ilə görüşmüşəm.
Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev nailiyyətlər qazanmış qadın idmançıları qonağa təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB