Bernhard Raab: " Məğlub olduğumuz üçün təəssüflənirəm”

Bernhard Raab: " Məğlub olduğumuz üçün təəssüflənirəm”

Topaz Premyer Liqasının 26-cı turuna yekun vurulub. Siasport idman portalının məlumatına görə, "Sumqayıt" Futbol Klubu Bayıl Arenada AZAL-a 0:2 hesabı ilə məğlub olub. Qonaq komandadan qolları Ruslan Tağızadə və Nildo vurub.

Baş məşqçilərin fikirlərini təqdim edirik:

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Sumqayıt" komandasına qarşı keçirdiyim 5-ci oyunda ilk qələbəm idi. İki fərqli hissənin şahidi olduq. İlk hissədə komanda verilən tapşırıqları yerinə yetirdi. Təəssüf ki, bu cür gözəl oyunu 90 dəqiqə davam etdirə bilmədik. Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Heyətimizdə müəyyən itkilər olsalar da, gələcək oyunlarda da qələbə qazanmağa çalışacağıq".

Bernhard Raab, "Sumqayıt" klubunu baş məşqçisi: "Rəvan"la son oyundan sonra komandanı ruhlandırmağa çalışdım. İlk 25 dəqiqədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə isə oyun sxemini dəyişdik. Topa daha çox nəzarət etməyə çalışdıq, daha çox risk etməyə başladıq. Son vuruşlarda qeyri-dəqiq oynadıq. Məğlub olduğumuz üçün təəssüflənirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə