Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran"səfərdə Tovuzun "Turan" klubunun qonağı olub. Siasport idman portalının məlumatına görə, oyunda meydan sahibləri "ağ-yaşıllar"dan geri qalsa da hesabı açmağa nail olublar. Cənub təmsilçisinin müdafiə xəttindəki kobud səhvdən Antonio Rukavina maksimum istifadə edib. Con Bencamin Toşak hücumların kəsərini artırmaq üçün 30-cu dəqiqədə Todorovun əvəzinə meydana Gökhan Güləcini buraxaraq "Xəzər Lənkəran"ın iki hücumçu ilə mübarizə aparmasına şərait yaradıb. Məhz bu dəyişiklik öz bəhrəsini verib. Cərimə zərbəsindən havalandırılan topu Elnur Abdullayev son anda qapıya göndərib qolu aktivinə yazdırıb. İlk hissə 1:1- lik bərabərliklə başa çatıb. 66-cı dəqiqədə Sadio Tounkaraya qarşı kobudluğa görə təyin olunan penaltini Alviz dəqiq zərbə ilə tamamlayıb "ağ-yaşıllar"ı önə keçirib. Lakin üç dəqiqə sonra tovuzlu futbolçular hesabı bərabərləşdirib yekun nəticəni müəyyənləşdiriblər - 2:2.
Matçdan sonra keçirilən mətbuat konfransında "Xəzər Lənkəran"ın baş məşqçisi Con Bencamin Toşakın oyun haqqında fikirləri belə olub:
"Bu oyuna görə çox məyusam. Rəqib komanda çox gözəl oyun nümayiş etdirdi. Onlar sona qədər əzmkarlıqla mübarizə apardılar. Turnir cədvəlindəki vəziyyətləri onları buna məcbur edirdi. Biz isə matçdan bu oyunla bir xalla ayrıldığımıza görə şükür etməliyik. Düzdür heyətdə bəzi itkilər vardı. Alvaro Silva zədəli, Rahid Əmirquliyev kart cəzalısı idi. Üstəlik Ağabala Ramazanov da əsgərlikdə olduğu üçün bizimlə deyildi. Biz bir çox şeyləri gələcəkdə dəyişdirmək məcburiyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB