Mahmud Qurbanov: "Səviyyə bura qədərdir, bundan artığı da mümkün deyil"
Dünən Topaz Premyer Liqasının növbəti turuna "Rəvan" - "Kəpəz" oyunu ilə start verilib. Siasport idman portalının məlumatına görə, "Rəvan" doğma meydanda "Kəpəz"i məğlub edib 3:0.
Baş məşqşilərin oyun haqda fikirlərini diqqətinizə çatdırırıq:
Ramil Əliyev, "Rəvan"ın baş məşqçisi: "İlk növbədə onu qeyd edim ki, birinci hissədəki oyun "Kəpəz"in bizim oyunumuzu yaxşı təhlil etdiyini göstərıb. İlk hissədə mərkəzdə topla rahat hərəkət etməyimizə imkan vermirdilər. İkinci yarıda biz daha yaxşı oynayaraq qısa ötürmələrlə rəqibin müdafiə xəttini daha rahat yarmağa başladıq. Bu da hesabda öz əksini tapdı. Artıq bu oyunu unudub növbəti matça köklənmək lazımdır. "Kəpəz"də bəzi gənc futbolçular yaxşı oynadı. Hiss olunur ki, onlar bizim gələcəyimizdir. İnanıram ki, bu futbolçular Premyer Liqada çıxışlarını davam etdirəcəklər. Bizdə də perspektivli gənclər var. Tədricən onların hamısını oynadacam. Bunu pillə-pillə həyata keçirəcəyik. Ümumiyyətlə, heyətdəki bütün futbolçulara şans verəcəm".
Mahmud Qurbanov, "Kəpəz"in baş məşqçisi: "Çox danışmayacam. Oyundan əvvəl futbolçulara tapşırdım ki, "Rəvan"ın 10 nömrəli futbolçusuna bir an belə boşluq verməsinlər. Amma uşaqlar bunu bacarmadı. O, müdafiə xəttimizi çaş-baş salıb. Bizə gəlincə, sonuncu yerdəyik, turnir cədvəli hər şeyi göstərir. Səviyyə bura qədərdir, bundan artığı da mümkün deyil. Meydana 11 nəfər çıxır, 4-ü oynayır, 7-si vaxtını keçirir. Faydalı iş əmsalları sıfıra bərabər idi. Sadəcə, oyunçu seçimi kasad olduğundan onlara şans verməli oluram. "Kəpəz" birinci diviziona düşsə də, komandamın yanında olacam. Ancaq son qərarı rəhbərlik verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB