"Simurq" "Neftçi" ilə oyunun hazırlıqlarını tamamlayıb STATİSTİKA

"Simurq" "Neftçi" ilə oyunun hazırlıqlarını tamamlayıb STATİSTİKA

Topaz Premyer Liqasının 27-ci turunda "Neftçi"ni qonaq edəcək "Simurq" dünən sonuncu məşqinə çıxıb. Siasport idman portalının məlumatına görə, 1 saatdan artıq davam edən hazırlıq prosesində "sarı-qaralar"ın heyətində Aleksandr Şemonayevdən başqa bütün futbolçular iştirak edib. Qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr üzərində çalışıb. Daha sonra isə futbolçular 3 qrupa bölünərək "kvadrat" oynayıblar. Məşqin sonunda isə qapıya sərbəst zərbələr üzərində çalışılıb.

Rəqiblərin Premyer Liqada 15-ci dueli ərəfəsində "Neftçi"nin böyük üstünlüyü var. Zaqatala təmsilçisi son 6 oyunda paytaxt təmsilçisini məğlub edə bilməyib. Hətta "sarı-qaralar" indiyədək doğma arenada "ağ-qaralar"a qalib gəlməyi bacarmayıb. Cari mövsümdə 2-si Azərbaycan Kuboku olmaqla 4 dəfə üz-üzə gələn rəqiblərin görüşündə də Böyükağa Hacıyevin yetirmələri üstün olub. "Simurq" bu il Zaqatalada ilk məğlubiyyətində məhz "Neftçi" ilə görüşdə alıb.

Qeyd edək ki, Zaqatala təmsilçisinin sabahkı qarşılaşmasında Aleksandr Şemonayev sarı vərəqə limitini doldurduğundan forma geyinə bilməyəcək. O cümlədən, Nicat Qurbanov "Neftçi"dən icarə əsasında transfer edildiyindən, müqavilə şərtlərinə uyğun olaraq komandasına kömək edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə