Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş "Sumqayıt" Futbol Klubunun və 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev vətənə qayıdıb. Siasport idman portalının məlumatına görə, komandanın dünənki məşqini izləyən adıçəkilən futbolçu vəziyyəti ilə əlaqədar olaraq açıqlama verib: "Almaniyada əməliyyat olunduqdan sonra bir həftə xəstəxanada qaldım. Hazırda özümü yaxşı hiss edirəm. Belə şeylər hər bir futbolçunun başına gəlir. Üç aydan sonra yüngül şəkildə məşqlərə başlayacağam. Ümumilikdə, həkimlər 6 aydan sonra tam vəziyyətə gələcəyimi deyir. Əsas məqsədim daha tez sağalıb komandama kömək etməkdir".
Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə "Sumqayıt"ın heyətində 17 oyun (1252 dəqiqə) meydana çıxıb. O, rəqib qapılarına 4 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB