"İnter "Qarabağ"ın qapısına 5 cavabsız qol vurub

"İnter "Qarabağ"ın qapısına 5 cavabsız qol vurub

Dünən əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatında 26-cı turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, Mehdi Hüseynzadə adına Suraxanı qəsəbə stadionunda "Qarabağ" "İnter"i qəbul edib. Oyun 0:5 hesabı ilə "İnter"in xeyrinə başa çatıb.

"İnter"in heyətində Mirsahib Abbasov dubl etməklə fərqlənib. Ramil Mansurov, İlqar Ələkbərov və Qurban Əliyev rəqibin qapısından hərəyə bir qol keçiriblər.

Qeyd edək k, bu qələbə sayəsində Tofiq Mustafayevin yetirmələri xal ehtiyatlarını 47-ə çatdırıblar. Bu nəticə ilə komanda turnir cədvəlində 3-cü yeri tutur.

Əlavə edək ki, "İnter" növbəti tur "Simurq" ilə qarşılaşacaq. Oyun "Şəfa" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə