”Xəzər Lənkəran” ”Turan”la oyun öncəsi son məşqinə çıxdı

”Xəzər Lənkəran” ”Turan”la oyun öncəsi son məşqinə çıxdı

Dünən "Xəzər Lənkəran" qarşılaşmanın baş tutacağı "Dalğa Arena"da oyun öncəsi son məşqinə çıxıb. Siasport idman portalının məlumatına görə, meydanda ənənəvi məşqdən öncə keçirilən qısa toplantı zamanı baş məşqçi Con Bencamin Toşak köməkçisi Emin Quliyevin 36 yaşının tamam olması münasibəti ilə həm özünün, həm də komandanın adından xoş sözlərini çatdıraraq təbrik edib. Daha sonra "ağ-yaşıllar" 1 saat ərzində məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetiriblər. Hazırda cənub təmsilçisinin heyətində yalnız ispaniyalı müdafiəçi Alvaro Silva yüngül zədədən əziyyət çəkir.

Xatırladaq ki, "Turan"- "Xəzər Lənkəran" matçı bu gün saat 17:00-da Bakıda "Dalğa Arena"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə