Media və YAP rayon təşkilatları arasında voleybol turnirinin növbəti oyunları keçirildi
Bu gün "Coca Cola" şirkətinin sponsorluğu ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə hərs olunmuş voleybol turnirinin növbəti oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, günün ilk oyununda "Səs" qəzeti YAP Binəqədi rayon təşkilatı ilə qarşılaşıb. Gərgin keçən mübarizədə sevinən tərəf YAP Binəqədi rayon təşkilatı olub. Matç 0:2 hesabı ilə başa çatıb.
Günün ikinci qarşılaşması YAP Xətai rayon təşkilatı - YAP Sumqayıt şəhər təşkilatı oyunu isə baş tutmayıb. Buna səbəb YAP Sumqayıt şəhər təşkilatının qarşılaşmaya gəlməməsi olub. Belə olduqda isə YAP Sumqayıt şəhər təşkilatının komandasına texniki məğlubiyyət verilib.
Maraqlı keçən qarşılaşmalardan biri də YAP Suraxanı rayon təşkilatı – İctimai Televiziya maçtı olub. Birinci setdə media nümayəndələri böyük üstünlüyə malik olublar. İlk set 8:25 hesabı ilə başa çatıb. İkinci setdə də jurnalistlər üstün olublar. İctimai Televiziya voleybolçuları 2:0 hesablı qələbə əldə ediblər.
Günün son qarşılaşması – "Xalq" qəzeti ilə YAP Yasamal rayon təşkilatı arasında keçirilən matç müəyyən səbəblərdən baş tutmayıb.
Turnirin növbəti günlərdə keçiriləcək oyunlarının təqvimini təqdim edirik:
15 aprel
17:30 YAP Xəzər rayon təşkilatı - YAP Nərimanov rayon təşkilatı
18:00 "İki sahil" qəzeti – YAP Qaradağ rayon təşkilatı
18:30 YAP Sabunçu rayon təşkilatı - "Cəmiyyət və din" qəzeti
19:00 "SİA" - AzərTac
16 aprel
17:30 YAP Binəqədi rayon təşkilatı – YAP Nizami rayon təşkilatı
18:00 YAP Sumqayıt Şəhər təşkilatı - YAP Abşeron rayon təşkilatı
18:30 "Səs" qəzeti - YAP Xətai rayon təşkilatı
19:00 İTV-"Xalq" qəzeti
19:30 "Yeni Azərbaycan" qəzeti - YAP Suraxanı rayon təşkilatı
.jpg)
.jpg)
.jpg)
.jpg)
(1).jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB