Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport idman portalının məlumatına görə, püşkatmanın nətcələrinə əsasən Almaniyanın "Bavariya" komandası "Barselona" ilə qarşılaşacaq. İlk oyun Almaniyada baş tutacaq.
Yarımfinalda qarşılaşacaq komandalardan "Borussiya" isə Madridin "Real" klubunu qəbul edəcək. Bu maçt da ilk olaraq Almaniyada keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında ilk oyunlar aprelin 23-24-ü, cavab maçtları isə aprelin 30-u və mayın 1-də baş tutacaq.
Çempionlar Liqasında yarımfinalda qarşılaşacaq komandaları təqdim edirik:
"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) - "Real" (İspaniya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB