Qırğızıstan yığması bu il altı yoxlama oyunu keçirəcək. Siasport idman portalının məlumatına görə, bu barədə Qırğızıstan Futbol Federasiyasının rəsmisi Dastan Konokbayev açıqlamasında bildirib. D.Konokbayev bunu da qeyd edib ki, bu oyunların yay-payız dönəmində baş tutmasına çalışacayıq: "Azərbaycan və Belarusla qarşılaşma ilə bağlı razılığımz var. İndi həmin oyunların harda keçirilməsini müəyyənləşdirməliyik. Məsələn, sentyabrda səfərdə, yoxsa, noyabrda evdə oynamağı götür-qoy edirik. Bizim həmçinin Küveyt və Bəhreyn ilə də razılığımz var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB