Azərbaycan nümayəndə heyəti Avropa Atletika Konqresində iştirak edir
Bu gün Makedoniyanın paytaxtı Skopye şəhərində 23-cü Avropa Atletika Konqresi işə başlayıb. Siasport idman portalının məlumatına görə,12-13 aprel tarixlərini əhatə edəcək Konqresdə Avropa Atletika Assosiasiyasına üzv ölkələrdən nümayəndələr və kütləvi informasiya vasitələri qatılıblar. İki ildən bir keçirilən Avropa Atletika Konqresi Avropa Atletika Assosiasiyasının ali orqanları və üzvlərinin ümumi yığıncağıdır.
1999-cu ildən Avropa Atletika Asosiasiyasının üzvü olan Azərbaycan bu il də adıçəkilən Konqresdə iştirak edir. Azərbaycanın nümayəndə heyəti Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının Prezidenti Çingiz Hüseynzadə və Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayevadan ibarət olacaq.
Qeyd edək ki, Konqresdə Şura və Federasiya üzvlərinin təklifləri, əsas maliyyə məsələləri, o cümlədən də, növbəti Avropa Atletika Konqresinin yeri və zamanı müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB