Topaz Premyer Liqasının XXVI turu çərçivəsində "Neftçi" komandası ilə qarşılaşacaq "Simurq" oyuna tam heyət ilə çıxmayacaq. Siasport idman portalının məlumatına görə, baş məşqçi Georgi Çixradze 2 oyunçunun xidmətindən bu matçda yararlana bilməyəcək. Aleksandr Şemonayev və Nicat Qurbanov qarşılaşmanı kənardan izləyəcək.
A.Şemonayev cəza üzündən oynaya bilməyəcək. O, ötən turda "Qəbələ" ilə oyununun 54-cü dəqiqəsində qeyri-idmani hərəkətinə görə sarı vərəqə alaraq cəzalı duruma düşüb. N.Qurbanov isə müqaviləsindəki bəndə əsasən "Neftçi"yə qarşı forma geyinməyəcək. Belə ki, bu futbolçunu paytaxt klubundan icarəyə götürən "Simurq" anlaşmaya əsasən onu doğma komandasına qarşı oynada bilməz.
Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu aprelin 13-də Zaqatala şəhər stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB