Atletimiz B qrupunda 3-cü oldu

Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyindən növbəti yarış günüdür. Siasport idman portalının məlumatına görə, bu gün milli komandamızın üzvlərindən daha biri yarışa qoşulub. Kamran Beskov 85 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində əvvəlcə 117 kq, sonra isə 122 kq çəkini başı üzərinə qaldırıb. Üçüncü yanaşmada 124 kq-ı ram edə bilməyən Beskov, bu hərəkəti 5-ci yerə bitirib.

Təkanla qaldırma hərəkətində ilk cəhdində 152 kq-ı qaldıran Kamran, sonrakı iki cəhdində uğursuzluq yaşayıb. 158 kq-a güc gələ bilməyən atletimiz bu hərəkətdə 2-ci olub.

Qeyd edək ki, toplamda 274 kq (122 kq + 152 kq) nəticə göstərən idmançı, "B" qrupunu 3-cü pillədə bitirib. Onun yekun sıralamadakı yeri "A" qrupundakı yarışlar bitəndən sonra məlum olacaq.

85 b kamran

Bütün xəbərlər Facebook səhifəmizdə