"Qəbələ" AZAL-a 8 cavabsız qol vurdu

"Qəbələ" AZAL-a 8 cavabsız qol vurdu

U-16 Liqasında XVIII turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, doğma meydanda AZAL-ı qəbul edən "Qəbələ" böyük hesablı qələbə qazanıb. Rəqiblərinə şans verməyən "qırmızı-qaralar" paytaxt təmsilçisini 8 dəfə meydanın mərkəzinə dəvət edib. Oyun 8:0 hesabı ilə başa çatıb. "Qəbələ"yə 3 xal qazandıran qollara Bəhlul Mustafazadə (2), Ülvi İskəndərov, Sahil Mirzəyev, Roman Hüseynov, Əli Səmədov, Viqar Əlibabayev və Samir Musayev imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə