Həmyerlimizin komandası “Gulf Clubs Championship” turnirində 1/4 finala yüksəldi
Bir müddət millimizdə məşqçi kimi fəaliyyət göstərən Faiq Əzizovun hazırda çalışdırdığı Səudiyyə Ərəbistanın "Najran" klubu növbəti uğura imza atıb. Siasport idman portalının məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Oman klublarının qatıldığı "Gulf Clubs Championship" futbol turnirin nəticələrinə görə həmyerlimizin komandası 1/4 finala yüksəlib. Adları qeyd edilən ölkələrin hər birindən iki komanda yarışda çıxış edib. İştirakçılar hər birində 3 komanda olmaqla 4 qrupda mübarizə aparıblar. İlk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, vaxtilə "Bakı" və "Simurq"u, eləcə də əsas seçməmizi çalışdıran Qyoko Hacıyevskinin başçılıq etdiyi "Najran" yarımfinala gedən yolda Səudiyyə Ərəbistanın "Al Faisaly" komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB