Topaz Premyer Liqasının XXV turunda "Simurq" "Qəbələ"nin qonağı olub. Siasport idman portalının məlumatına görə, "Simurq" hesabda 1:0 geri olduğu matçın son dəqiqələrində bərabərlik topun vuraraq səfərdə vacib bir xal qazanıb. Bu qarşılaşmada Tomislav Buşiç sarı-qaralı forma ilə rəsmi oyunda vurduğu ilk qolla yadda qalıb. Xorvatiyalı futbolçu həmçinin "Simurq"un Premyer Liqadakı 195-ci qolunun da müəllifi olub.
Zaqatala təmsilçisi mübarizəyə qoşulduğu ildə ilk qolunun müəllifi 28.09.2005-ci ildə "Simurq" – "ABN – Bərdə" matçında Elmar Xeyirov vurub. Premyer Liqada isə "Simurq"un qol hesabını açan futbolçu Elmar Sultanov olub. O, 11.08.2006-ci ildə səfərdə "Gənclərbirliyi" ilə keçirilən görüşdə fərqlənmək ilə adını "Simurq"un tarixinə yazdırıb. Zaqatala təmsilçisi yüksək dəstədə 50-ci qolunu isə 16.03.2008-ci ildə "Simurq" – "Gəncə" (3:0) oynunda penaltidən David Bolkvazde vurub. 100-cu qol isə "sarı-qaralar"ın tarixində ən çox fərqlənən futbolçu Vladimir Mazyarın adı ilə bağlıdır. Ukraynalı 12.05.2007-ci ildə "Simurq" doğma azərkeşlər önündə "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə buna imza atmağı bacarıb. Premyer Liqada isə 100-cü qolun müəllifi Ruslan Qunçak olub. O, 12.09.2009-cu ildə "Bakı" – "Simurq" (2:2) görüşündə fərqlənməklə tarixə düşüb. Bu görüşdə Elşən Məmmədov həmçinin Zaqatala təmsilçisinin ümumilikdə 200-cü qoluna imza atıb. Ötən mövsüm isə Tofiq Mikayılov "Simurq"un 30.09.2011-ci tarixində keçirilən "Neftçi" ilə qarşılaşmada Premyer Liqadakı 150-ci qolunun müəllifi olub.
Qeyd edək ki, "Simurq" indiyədək Premyer Liqada 229 oyun keçirdib. Növbəti turda "Neftçi" ilə görüşəcək Zaqatala təmsilçisi yubiley qarşılaşmasına çıxacaq. Bu matç baş məşqçimiz Georgi Çixradze üçündə xüsusi önəm daşıyır. Gürcüstanlı mütəxəssis turnir cədvəlinin hazırkı lideri ilə görüşdə "Simurq"u 35-ci Premyer Liqa oyununa çıxardacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB