“İqtisadçı” “Lokomotiv-Biləcəri”yə, “Bakı-Azəryol” kollektivi isə “Telekom”a qalib gəlib

“İqtisadçı” “Lokomotiv-Biləcəri”yə, “Bakı-Azəryol” kollektivi isə “Telekom”a qalib gəlib

Dünən qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XXIII turunun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan yarışda əvvəlcə meydana "Lokomotiv-Biləcəri" və "İqtisadçı" komandaları çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "İqtisadçı"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sonra "Bakı-Azəryol" komandası "Telekom" kollektivi ilə qarşılaşıb. Oyunda sevinən tərəf "Bakı-Azəryol" komandası olub 3:0.

Bütün xəbərlər Facebook səhifəmizdə