“İqtisadçı” baş məşqçi ilə yollarını ayırdı

“İqtisadçı” baş məşqçi ilə yollarını ayırdı

Voleybol üzrə Azərbaycan Super Liqasında növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib. Siasport idman portalının məlumatına görə, Bakının "İqtisadçı" komandasının tailandlı çalışdırıcısı Kiatiponq Radçataqriakra istefaya göndərilib. Bunun səbəbi kimi, məhz komandanın uğursuz çıxışı əsas göstərilir.

Qeyd edək ki, "İqtisadçı" bu mövsüm baş məşqçi Bülənt Karslıoğlu ilə də yollarını ayırıb. Hazırda bu komanda turnir cədvəlində üçüncü yerdədir. Komandanın yeni baş məşqçisinin kim olacağı hələlik bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə