Avroliqanın 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, "Latsio" doğma meydanda "Fənərbaxça"nı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk qarşılaşmanın nəticəsinə görə, növbəti mərhələyə Türkiyə komandası çıxıb.
Günün digər maraqlı qarşılaşması "Rubin" - "Çelsi" arasında baş tutub. "Rubin" növbəti tura keçmək üçün ən azı 2 top fərqi ilə ingilislərə qalib gəlməli idi. Çətin keçən oyun mübarizəsində "Rubin" "Çelsi"yə qalib gəlməyi bacarıb 3:2. Amma, bu hesab ruslara kömək etməyib. Növbəti mərhələyə adını yazdıran komanda "Çelsi" olub.
Avroliqanın 1/4 final mərhələsinin cavab oyunlarımı diqqətinizə çatdırırq:
11 aprel
"Rubin" (Rusiya) – "Çelsi" (İngiltərə) - 3:2
Qollar: Markano, 51, Qaradəniz, 62, Natxo, 75-pen - Torres, 4, Moses, 55
İlk oyun – 1:3
"Nyukasl" (İngiltərə) – "Benfika" (Portuqaliya) -1:1
Qollar: Sisse, 71 - Salvio, 90+1
İlk oyun – 1:3
"Bazel" (İsveçrə) – "Tottenhem" (İngiltərə) - 2:2 (pen-4:1)
Qollar: Salah, 27, Draqoviç, 49 - Dempsey, 23; 82
İlk oyun – 2:2
"Latsio" (İtaliya) – "Fənərbaxça" (Türkiyə) - 1:1
Qollar: Luliç, 60 - Caner, 73
İlk oyun – 0:2
Qeyd edək ki, yarımfinalda "Fənərbaxça", "Bazel", "Benfika" və "Çelsi" komandaları mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB