Zidan məşqçiliyə başlayır

Keçmiş futbol ulduzu Zinəddin Zidan baş məşqçi olmaq qərarına gəlib. Bunun üçün sabiq futbolçu Fransanın "Bordo" klubunda məşqçilik stajı keçəcək. Əgər keçmiş futbolçu bu stajdan uğurla keçsə, onda 2-ci dərəcəli məşqçilik diplomu alacaq. Bu diplomu aldıqda sonra Zidan "Real" Madridin gənclərdən ibarət komandasının birində məşqçi kimi fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə