Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə Tovuzun "Turan" klubunun qonağı olacaq "Xəzər Lənkəran" doğma şəhərdəki hazırlığını başa çatdırıb. Siasport idman portalının məlumatına görə, bu gün əsas meydanda səhər məşqini keçirən cənub təmsilçisi Con Bencamin Toşakın rəhbərliyi altında taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Dünənki məşqdə yüngül zədə alan hücumçumuz Dimitrios Sialmas artıq komandaya qoşularaq səhər məşqində iştirak edib. Bu gün saat 14:00-da "Xəzər Lənkəran" bazasını tərk edərək Bakıya yola düşüb.
Xatırladaq ki, Tovuz şəhər mərkəzi stadionu da təmirə bağlandığından "Turan"- "Xəzər Lənkəran" matçı aprel ayının 13-də saat 17:00-da "Dalğa Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB