Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetində (BDU) şahmat çempionatının açılış mərasimi keçirilib. Siasport idman portalının məlumatına görə, mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ulu Öndər Heydər Əliyevin idmanın inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Sonra professor və müəllimlər arasında şahmat üzrə yarışlar başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB