Ansi Aqolli: "Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq"

Ansi Aqolli: "Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq"

"Qarabağ" 2 gün sonra "İnter" ilə qarşılaşacaq. Siasport.az idman portalının məlumatına görə, Premyer Liqanın XXVI turu çərçivəsində "ağ-göylər" ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırlıqlarını davam etdirir.

Bu günə "Qarabağ"ın bir məşqi nəzərdə tutulub. İkinci pillədə qərarlaşmış rəqib ilə oyunöncəsi Ağdam təmsilçisinin sol cinah müdafiəçisi Ansi Aqolli həm ötən tur "Neftçi" üzərindəki qələbədən, həm də hədəflərdən danışıb: "Hazırda bütün diqqətimizi "İnter" ilə oyuna yönəltmişik. "Neftçi" ilə oyunu unutmuşuq. Bizim "Neftçi"ni ardıcıl 3 oyunda məğlub etməyimiz "ağ-qara"ların liderlik kürsüsündə əyləşməsinı mane olmayıb. İndi bizə vacib olan "ağ-göy"lər üzərində uğurlu nəticə qazanmaqdır. "İnter"ə cari mövsümdə qalib gələ bilmədik. Üstəlik, rəqib stabil futbol sərgiləyir və bizimlə eyni hədəflər uğrunda mübarizə aparır. "Ağ-göylərin" ən böyük üstünlüyü bəlli sistemlərinin olmasıdır. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də görüşə qələbə üçün çıxacağıq. Öz meydanımızda qələbə qazanmaq istəyirik. Hazırda "Qarabağ" yaxşı formadadır. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da ümumilikdə komandanın "artırmasına" kömək edir. Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bəli, bu o deməkdir ki, bütün oyunlara 3 xal üçün çıxırıq. "İnter" nə qədər güclü olsa da, hədəfimiz yenə eynidir. Futbolun gözəlliyi istənilən nəticəyə açıq olmasıdır. İnanıram ki, "İnter" ilə görüş baxımlı olmaqla yanaşı istəyimizə uyğun başa çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə