Baş katib UEFA nümayəndəsidir

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün Moskva şəhərindəki "Lujniki" stadionunda Rusiyanın "Rubin" klubu İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq. Siasport idman portalının məlumatına görə, oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin Avropa Liqasının 1/4 final mərhələsinə təyinat alması ölkə futbolunun tarixində ilk hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə