Dünən kişi otüstü xokkey klubları arasında açıq Azərbaycan çempionatının I dövrəsinin üçüncü turdan təxirə salınmış bir oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, oyunda Qusarın "Şahdağ" və Bakının "Atasport" komandaları qarşılaçıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Atasport"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Atasport" komandasının heyətində Abbas Nəsirov, Əli Nadirov və Sahib Mirzəyev, Qusar xokkeyçilərindən isə Yalçın Qayıbov fərqlənıb.
Azərbaycanın açıq çempionatında Rusiyanın Azov şəhərini təmsil edən "XK Tana" 19 xalla birinci dövrəni lider kimi başa vurub. Rəqibindən bir xal geri qalan ölkə çempionu "Akkord" 2-ci yerdədir. "Atasport" 14 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Qusar xokkeyçiləri isə 3 xalla dördüncü, təkcə topların fərqinə görə "Şahdağ" komandasından geri qalmış Sumqayıtın "Gənclik" komandası isə sonuncu - 5-ci yerdədir.
Qeyd edək ki, ölkə çempionatının yüksək dəstəsində çıxış edən kişi xokkeyçilərdən ibarət komandalar ikinci dövrənin oyunlarını sentyabr-oktyabr aylarında keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB