Şahmatçımız Beynəlxalq turnirin birincisi oldu

Şahmatçımız Beynəlxalq turnirin birincisi oldu

Türkiyənin Qəhrəmanmaraş səhərində şahmat üzrə 4-cü Beynəlxalq turnir keçirilib. Siasport idman portalının məlumatına görə, səkkiz ölkədən 600 idmançının qatıldığı turnirin qalibi Azərbaycan qrossmeysteri Azər Mirzəyev olub. Turnirdə iştirak etmiş digər təmsilçimiz Ayaz Məmmədov çempionatı yeddinci pillədə başa vurub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 1300 türk lirəsi təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə