"Rəvan" "Kəpəz ilə oyuna hazırlaşır

"Rəvan" "Kəpəz ilə oyuna hazırlaşır

"Rəvan" Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində aprelin 12-də "Kəpəz"i qonaq edəcək. Siasport idman portalının məlumatına görə, saat 17:00-da başlayacaq oyun "Bayıl Arena"da keçiriləcək. Gündə 1 dəfə olmaqla məşq edərək görüşə hazırlıqlarını davam etdirən "Rəvan"da yüksək əhval-ruhiyyə hökm sürür. Ard-arda qazanılan 3 qələbə futbolçulara da yaxşı mənada təsir edib. Bakı təmsilçisinin futbolçuları yalnız qələbə seriyasını davam etdirmək barədə düşünür.

Komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. "Rəvan" yalnız 2 dəfə meydanı qalib qismində tərk edib. Klublar indiyə qədər öz aralarında heç-heçə etməyib. Qələbə sayında "Kəpəz" üstün olsa da, topların nisbətində bakılıların öndə gedir - 11:9. "Rəvan bu üstünlüyü son matçda rəqibini 2:0 hesabı ilə üstələməklə əldə edib. Ümumiyyətlə, son 4 ev oyununun 3-də, son 7 matçının 5-də qələbə qazanan "Rəvan"dan fərqli, Gəncə təmsilçisi hazırda çətin günlərini yaşayır. Autsayder Premyer Liqada son 8 səfər oyununun hamısında məğlub olub. Üstəlik, gəncəlilər çempionatda 18 oyundu 3 xala həsrətdir.

06.08.2011 Kəpəz - Rəvan 3:2
04.12.2011 Rəvan - Kəpəz 1:2
02.04.2012 Kəpəz - Rəvan 1:0
28.04.2012 Rəvan - Kəpəz 5:1
30.09.2012 Rəvan - Kəpəz 1:2
16.02.2013 Kəpəz - Rəvan 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə