“İnter” liderliyi ələ keçirdi

“İnter” liderliyi ələ keçirdi

U-14 Liqasında regional zonaların həlledici mərhələsində ikinci turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, "Paytaxt" zonasının final mərhələsində mübarizəni davam etdirən "İnter" ikinci turda "Neftçi" komandası ilə qarşılaşıb. Maçtda qələbə əldə edən komanda "İnter" olub. Oyunun taleyini bir qol həll edib. Qarşılaşmada yeganə qol "İnter"in futbolçusu Nadir Qasımov adına yazılıb. Bu qələbə sayəsində Hikmət Hüseynovun yetirmələri turnir cədvəlində birinci yerə çıxıblar. Belə ki, 14 matçdan sonra "İnter"in aktivində 39 xal var. "İnter"in hücumçusu Nadir Qasımov 16 qolla "Paytaxt" zonasının bombardirlər siyahısında 3-cü yeri tutur.

Qeyd edək ki, "İnter" növbəti turda "Neftçi" İSM ilə görüşəcək. Oyun aprelin 11-də "Dalğa-Arena" baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə