Nikolas Kanales yeni rekorda imza atdı STATİSTİKA

Nikolas Kanales yeni rekorda imza atdı STATİSTİKA

"Neftçi" klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Siasport.az saytının məlumatına görə, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub. Kanales Topaz Premyer Liqasının XXV turunun "Qarabağ" klubu ilə oyununda fərqlənməklə vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla "Kəpəz"in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.

Fevralın 23-də XXI turun "İnter" ilə oyununda qol vurmaqla aktivindəki top sayını 20-yə çatdıran Kanales sonrakı 3 matçda qol həsrəti yaşayıb. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu ilk "altılığ"ın 3-cü turunda rəsmiləşdirib.

Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu

yer

futbolçu

klub

mövsüm

ölkəsi

oyun

qol

1

Nikolas Kanales

Neftçi (Bakı)

2012/13

Çili

25

21

2

Badri Kvaratsxeliya

Kəpəz (Gəncə)

1997/98

Gürcüstan/Azərbaycan

22

20

3

Georgi Adamiya

Qarabağ (Ağdam)

2010/11

Gürcüstan

30

18

4

Oqtay Dərəlioğlu

Xəzər Lənkəran

2004/05

Türkiyə

21

17

5

Valter Quqlemon

İnter (Bakı)

2008/09

Uruqvay

24

17

Bütün xəbərlər Facebook səhifəmizdə