İtaliyanlar almanlarla bacarmadı

İtaliyanlar almanlarla bacarmadı

Çempionlar Liqasının 1/4 final mərhələsinin sonuncu 2 oyunu keçirilib. Siasport.az idman portalının məlumatına görə, "Barselona" öz meydanında PSJ-ni qəbul edib. Çətin keçən oyun mübarizəsində tərəflər heç-hecə ilə razılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyunun nəticəsinə görə, növbəti mərhələyə keçən komanda "Barselona" olub.
Günün digər qarşılaşması İtaliyada baş tutub. Almaniyanın "Bavariya" komandası "Yuventus"un qonağı olub. Maçtda uğur qazanan tərəf almanlar olub. Oyun 0:2 hesabı ilə başa çatıb. Növbəti mərhələyə adını yazdıran komanda "Bavariya" olub.

10 aprel

"Barselona" (İspaniya) – PSJ (Fransa) - 1:1
QOLLAR: Pedro, 71- Pastore, 50
İlk oyun – 2:2

"Yuventus" (İtaliya) – "Bavariya" (Almaniya) - 0:2
QOLLAR: Mandjukiç, 64, Pizarro, 90+1
İlk oyun – 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə