Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol üzrə yarışlara start verildi
Bu gün "Coca-Cola" şirkətinin sponsorluğu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş voleybol üzrə yarış keçirilib. Siasport.az idman portalının verdiyi məlumata görə, ilk görüş YAP Qaradağ rayon təşkilatı ilə YAP Xəzər rayon təşkilatı arasında olub. Oyun saat 17:15-də start götürüb. Bu oyunda sevinən tərəf YAP Xəzər rayon təşkilatı olub. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Günün ikinci oyunu isə YAP Nərimanov rayon təşkilatı ilə YAP Səbail rayon təşkilatı arasında baş tutub. Bu oyunda ilk setin qalibi Nərimanov rayon təşkilatı olub 25:08. YAP Səbail rayon təşkilatı ikinci setdə aradakı top fərqini azaltmasına baxmayaraq qalibiyyəti əldən verib. Qarşılaşmada qalib tərəf YAP Nərimanov rayon təşkilatı olub 2:0.
Üçüncü - Azərtac - YAP Sabunçu rayon təşkilatı qarşılaşması isə baş tutmayıb. Buna səbəb YAP Sabunçu rayon təşkilatının matça gəlməməsi olub. Belə olduqda isə qələbə avtomatik olaraq Azərtac-ın aktivinə yazılıb.
Günün sonuncu oyunu isə YAP Abşeron rayon təşkilatı - YAP Nizami rayon təşkilatı arasında keçirilib. YAP Nizami rayon təşkilatı qələbəni aktivinə yazıb. Hər 2 setdə sevinən tərəf YAP Nizami rayon təşkilatı olub. Qarşılaşma 0:2 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB