BƏƏ-də stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək

BƏƏ-də stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək

Aprelin 17-də Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə dünya Kuboku yarışları keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı səkkiz idmançı təmsil edəcək. Dünya Kuboku yarışlarında iştirak edəcək milli komandamızın heyətində Olimpiya çempionu Zemfira Meftahətdinova, Riqina Meftahətdinova, Emin Cəfərov, Fuad Qurbanov və Niyaz Ağazadə stend atıcılığının skit yarışlarında qüvvələrini sınayacaq. Trap yarışlarında isə Əlimirzə Quliyev, Əli Hüseynli və Elvin İsmayılov birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə