UEFA-dan irqçilik probleminə qarşı sərt qərarlar

UEFA-dan irqçilik probleminə qarşı sərt qərarlar

UEFA irqçilik problemi ilə bağlı çox sərt qərarlar qəbul edib. Siasport.az saytının məlumatına görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino açıqlama verib. Yeni qərarə əsasən əgər futbolçunun günahı varsa, o, 10 oyun cəza alacaq.

Azarkeşlərdən futbolçuya qarşı irqçilik şüarı səslənərsə, həmin klub cərimələnəcək və ev oyunlarını keçirdiyi arena qismən bağlanacaq. Eyni hərəkət birdə təkrarlansa stadion tamamilə bağlanacaq və həmin klub ən azı 50 min avro məbləğındə cərimələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə