Atletimiz dunya kubokunda mübarizə apardı

Atletimiz dunya kubokunda mübarizə apardı

Xəbər verdiyimiz kimi, Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi keçirilir.Siasport.az saytının məlumatına görə, bu gün millimizin üzvlərindən Orxan Həsənli 62 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. Birdən qaldırma hərəkətində əvvəlcə 95 kq-ı qaldıran gənc atletimiz, sonra sifariş verdiyi 100 kq-ı yalnız iki cəhddə ram edə bilib. Orxan bu hərəkətdə 10-cu pillədə qərarlaşıb. Təkan ilə qaldırma hərəkəti isə bir qədər uğursuz alınıb. O.Həsənli ilk sifarişi olan 119 kq-ı yalnız üçüncü yanaşmada qaldıra bilib və bu hərəkətdə 16-cı olub.

Qeyd edək ki, toplamda 219 kq ilə (100 kq + 119 kq) Orxan Həsənli "B" qrupunda 14-cü yerdə qərarlaşıb. İdmançının yekun sıralamadakı yeri "A" qrupundakı yarış bitəndən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə