“Lokomotiv” argentinalı voleybolçu ilə anlaşdı

“Lokomotiv” argentinalı voleybolçu ilə anlaşdı

Azərbaycan Super Liqasında mükafatçılar sırasına düşmək iddiasından əl çəkməyən Bakının qadınlardan ibarət "Lokomotiv" komandası heyətinə yeni voleybolçu cəlb edib. Siasport.az saytının məlumatına görə, "Lokomotiv" son altı turda Argentina yığmasının hücumçusu Paula Yamila Nizetiçin köməyindən istifadə edəcək. Adı çəkilən komanda Argentina millisinin heyətində 46 oyun keçirən voleybolçu ilə mövsümün sonunadək anlaşıb. Əgər voleybolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin daha bir il artacağı istisna olunmur.
P.Nizetiç "Lokomotiv"ə Fransanın "Kalays" komandasından keçıb.

Qeyd edək ki, "Lokomotiv" 22 turdan sonra 35 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. Ötən ilin gümüş mükafatçısı üçüncü yerin sahibi "İqtisadçı"dan 4 xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə