Xəbər verdiyimiz kimi, bu gün "Neftçi" İntizam Komitəsinin komandanın baş məşqçisi Böyükağa Hacıyevə 10, məşqçi Bəxtiyar Musayevə 5 oyunluq cəza verməsi, kluba maddi sanksiya tətbiq olunması ilə əlaqədar AFFA-nın Apelyasiya Komitəsinə müraciət edib. Siasport.az saytının məlumatına görə, bu haqda Qol.Az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, sabah sözügedən komitə bu məsələyə baxacaq.
"Aprelin 13-də çempionatda "Simurq" ilə qarşılaşırıq. Həmin oyuna qədər məşqçimiz ilə bağlı cəza ləğv olunmalıdır" – deyə T.Süleymanov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB