İdmançımız ağır atletika üzrə Dünya Birinciliyində

İdmançımız ağır atletika üzrə Dünya Birinciliyində

Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi davam edir. Siasport.az saytının məlumatına görə, bu gün millimizin daha bir üzvü körpücük üzərinə çıxıb. Mansur Ağaverdiyev 62 kq çəki dərəcəsinin C qrupunda mübarizə aparıb. Birdən qaldırma hərəkətində idmançımız əvvəlcə 97 kq, sonra isə 101 kq-ı qaldıra bilib. 103 kq-ı isə ram edə bilməyən Ağaverdiyev bu hərəkətdə 2-ci yeri tutub. Təkan ilə qaldırmada 116 kq çəkini yalnız ikinci cəhddən qaldıran Ağaverdiyev, üçüncü yanaşmasında 121 kq-ı da ram edə bilməyib. Mansur bu hərəkətdə 11-ci olub.

Qeyd edək ki, toplamda 217 kq (101 kq + 116 kq) nəticə göstərən Ağaverdiyev öz qrupunda 7-ci olub. Onun yekun sıralamadakı yeri "B" və "A" qrupundakı yarışlar bitəndən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə