"Qarabağ" klubu "İnter" ilə oyun üçün hazırlıqlara başlayıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XXVI turunda "ağ-göylər" ilə qarşılaşacaq Ağdam təmsilçisi "Neftçi" ilə oyun sonrası 2 günlük istirahəti başa vuraraq çalışmalara start verib. "Qarabağ" klubu dünən tək çalışmasını Suraxanı qəsəbə stadionunda keçib. Ağdam təmsilçisində son oyunları zədə səbəbindən buraxan Branimir Subaşiç və Vaqif Cavadov artıq komanda ilə məşqdə iştirak edib. Hər 2 futbolçu uzun müddətli zədədən sonra artıq kollektiv ilə çalışmalarda "tər töküblər". Adı çəkilən futbolçuların "İnter" ilə oyunda iştirak edib-etməyəcəkləri həftə sonuna qədər məlum olacaq. "Qarabağ" klubunun proqramında bugünə tək məşq var. Hazırlıq Tofiq Bəhramov adına Respublika stadionunda saat 17:00-a nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" - "İnter" görüşü 13 aprel, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stdionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB