Dünən Bakıda 9-14 yaşlı uşaqlar arasında səkkizinci Beynəlxalq şahmat turniri başlayıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyanın dəstəyi və "Gənclik" şahmat klubunun təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Rusiya, Gürcüstan, Fransa, Norveç, İran və İngiltərədən 40-dan çox idmançı iştirak edir. Turnir Azərbaycanın Əməkdar Hakimi Gennadi Gelmanın başçılığı altında keçirilir.
Yarışda ölkəmizi müxtəlif yaş kateqoriyalarında eks-dünya çempionları Günay Məmmədzadə, Aydan Xodcatova, Abdulla Qədimli və başqaları təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB