Nadir Nəsibov yenidən ABF-nin prezidenti seçildi

Nadir Nəsibov yenidən ABF-nin prezidenti seçildi

Dünən Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, əvvəlcə ABF-nin baş katibi Qəhrəman Məmmədyarov hesabat məruzəsi ilə çıxış edib. Baş katib Azərbaycan basketbolçularının 2008-2012-ci illərdə qazandığı nailiyyətlərdən danışıb. Sonra basketbolçular və məşqçilər hesabat dövrü barədə fikirlərini bildirib, federasiyanın prezident və baş katib vəzifələrinə seçkilər keçirilib.

Nadir Nəsibov yenidən ABF-nin prezidenti seçilib, Q.Məmmədyarov isə baş katib vəzifəsinə təyin olunub. Basketbol üzrə Azərbaycan milli komandasının sabiq məşqçisi Rimas Kurtinaytis ABF-nin Rəyasət Heyətinin fəxri üzvü adına layiq görülüb.

Qeyd edək ki, millimiz R.Kurtinaytisin rəhbərliyi altında 2005-ci ildə Dünya İslam Oyunlarında qızıl medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə