UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu öz meydanında İspaniya "Real"ı ilə qarşılaşıb. Qarşılaşmanın ikinci hissəsində olduqca əzmkar oyun nümayiş etdirən Türkiyə klubu, meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Lakin bu hesab "Qalatasaray"ın növbəti mərhələyə çıxmasına imkan verməyib. Qarşılaşmanın 90-cı dəqiqəsində Madrid klubunun müdafiəçisi Alvaro Arbeloa qırmızı kartla meydandan qovulub. O, ilk yarımfinal oyununda iştirak edə bilməyəcək. Xatırladaq ki, bir həftə əvvəl Madriddə keçirilən oyunda "Real" 3:0 hesablı qələbə qazanmışdı. Bundan başqa, Almaniya "Borussiya"sı da İspaniya "Malaqa"sını 3:2 hesabı ilə məğlub edərək, yarımfinala adlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB