İkinci “Gənclər Kuboku” turniri keçiriləcək

İkinci “Gənclər Kuboku” turniri keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiasiyaları (AFFA), "İRƏLİ" İdman Mərkəzinin təşkilatçılığı ilə futbol üzrə Azərbaycan gənclər təşkilatları arasında ikinci "Gənclər Kuboku" turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirin keçirilməsində əsas məqsəd gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərindən biri olan sağlam həyat tərzinin təbliğ olunması, idmanın inkişafı, cəmiyyətdə futbola marağın artırılması və gənc istedadların üzə çıxarılmasıdır. Çempionat mayda keçiriləcək. Ölkənin müxtəlif bölgələrini təmsil edən 32 gənclər təşkilatı turnirdə iştirak edəcək. Yarışda iştirak edən komandalar olimpiya sistemi üzrə, daha sonra isə qrup turnirində mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatda iştirak etmək istəyən təşkilatlar turnirin rəsmi internet səhifəsi olan www.youthcup.az saytında yerləşdirilən onlayn ərizə formasını aprelin 25-dək dolduraraq müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə