"Qəbələ" Topaz Premyer Liqasında növbəti oyununu bu həftə keçirəcək. Siasport.az saytının məlumatına görə, komanda XXVI tur çərçivəsində aprelin 13-ü "Bakı"nı qəbul edəcək. Bu qarşılaşma 2 yubiley ilə əlamətdar olacaq. Daha bir yubiley isə matçın nəticəsindən asılı olacaq. Bu matç "Qəbələ"nin Premyer Liqada öz meydanında keçirdiyi 100-cü matçdır. Öz meydanında indiyədək 99 çempionat oyunu keçirən komanda 45 qələbə qazanıb, 23 heç-heçə edib və 31 dəfə məğlub olub. "Qəbələ" doğma arenada 116 qol vurub və 85-ni buraxıb. Komanda 185 ev xalı toplamağa nail olub.
İlk ev matçını 2006-cı il avqustun 5-də "İnter"ə qarşı keçirən "Qəbələ" o vaxt "Gilan" adı ilə Xanları təmsil edib. Yeddi il əvvəlki matç qolsuz heç-heçə ilə nəticələnib. Öz meydanındakı 50-ci oyun isə 2009/10 mövsümündə ilk "altılığ"ın 1-ci ev matçında təsadüf edib. 2010-cu il martın 21-də "Qarabağ"ı qəbul edən "Qəbələ" 3:1 hesabı ilə qalib gəlib.
Aprelin 13-dəki qarşılaşma rəqiblər arasında sayca 25-ci - yubiley dueli olacaq. Paytaxtın eyniadlı təmsilçisinə qarşı baş tutan əvvəlki 24 görüşdən 18-i çempionat, 6-sı kubok çərçivəsində baş tutub. Bu matçlarda üstünlük bakılıların tərəfindədir. 15 dəfə qalib gələn paytaxt klubu daha 6 dəfə bərabərlik ilə kifayətlənib. "Qəbələ" isə rəqibini 3 dəfə məğlub etməyi bacarıb. Bakılıların 30 qol vurduğu matçlarda əyalət təmsilçisi 14 dəfə fərqlənib.
Ölkə çempionatlarındakı görüşlərdə isə bakılılar 12 matçda qalib gəlibsə, 3 oyun heç-heçə, 3-ü isə "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Top fərqi "Bakı"nın ikiqat üstünlüyünü əks etdirir - 24:12. Kubokda isə bakılıları məğlub edə bilməyən "Qəbələ" 6 qarşılaşmada 3 heç-heçə edib və eyni sayda məğlubiyyətə kədərlənib. Top fərqində qəbələlilər geridədir - 2:6. Buna baxmayaraq 6 oyunu əks etdirən 3 dueldən birində mərhələni məhz "Qəbələ" keçib. Bu hər 2 oyunun heç-heçə ilə bitdiyi, cütün taleyinin penaltilər seriyasında müəyyənləşdiyi vaxt mümkün olub.
Son 4 matçda qələbə qazana bilməyən "Qəbələ" Luis Araqonun rəhbərliyi altında 2-ci matçına çıxacaq. Bu dəfə də ispaniyalı ilə doğma publika önünə çıxacaq komanda ardıcıl 4 dəfə təxirə salınan yubileyinə imza atmağa çalışacaq. Premyer Liqada 74 qələbəsi olan qəbələlilər 75-ci uğur üçün mübarizə aparacaq.
|
2006/07 |
29.10.2006 |
Premyer Liqa |
Bakı - Gilan (Qəbələ) |
1:0 |
|
2006/07 |
21.11.2006 |
Azərbaycan kuboku |
Gilan (Qəbələ) - Bakı |
0:2 |
|
2006/07 |
02.12.2006 |
Azərbaycan kuboku |
Bakı - Gilan (Qəbələ) |
1:0 |
|
2006/07 |
18.04.2007 |
Premyer Liqa |
Gilan (Qəbələ) - Bakı |
0:1 |
|
2007/08 |
19.08.2007 |
Premyer Liqa |
Qəbələ - Bakı |
2:0 |
|
2007/08 |
24.02.2008 |
Premyer Liqa |
Bakı - Qəbələ |
3:0 |
|
2007/08 |
06.03.2008 |
Azərbaycan kuboku |
Bakı - Qəbələ |
1:1 |
|
2007/08 |
20.03.2008 |
Azərbaycan kuboku |
Qəbələ - Bakı |
1:1, p.4:3 |
|
2008/09 |
09.11.2008 |
Premyer Liqa |
Bakı - Qəbələ |
3:0 |
|
2008/09 |
25.04.2009 |
Premyer Liqa |
Qəbələ - Bakı |
0:1 |
|
2009/10 |
31.10.2009 |
Premyer Liqa |
Qəbələ - Bakı |
0:2 |
|
2009/10 |
13.02.2010 |
Premyer Liqa |
Bakı - Qəbələ |
2:0 |
|
2009/10 |
28.03.2010 |
Premyer Liqa |
Bakı - Qəbələ |
1:1 |
|
2009/10 |
01.05.2010 |
Premyer Liqa |
Qəbələ - Bakı |
1:0 |
|
2010/11 |
22.08.2010 |
Premyer Liqa |
Bakı - Qəbələ |
2:1 |
|
2010/11 |
23.12.2010 |
Premyer Liqa |
Qəbələ - Bakı |
0:1 |
|
2010/11 |
03.03.2011 |
Azərbaycan kuboku |
Qəbələ - Bakı |
0:0 |
|
2010/11 |
08.03.2011 |
Azərbaycan kuboku |
Bakı - Qəbələ |
1:0 |
|
2011/12 |
07.08.2011 |
Premyer Liqa |
Qəbələ - Bakı |
0:0 |
|
2011/12 |
26.11.2011 |
Premyer Liqa |
Bakı - Qəbələ |
2:1 |
|
2011/12 |
01.04.2012 |
Premyer Liqa |
Bakı - Qəbələ |
2:1 |
|
2011/12 |
29.04.2012 |
Premyer Liqa |
Qəbələ - Bakı |
4:0 |
|
2012/13 |
04.10.2012 |
Premyer Liqa |
Bakı - Qəbələ |
1:1 |
|
2012/13 |
02.12.2012 |
Premyer Liqa |
Qəbələ - Bakı |
0:2 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB